
Yeni Zelandiya hökuməti siqaretlə mübarizə üçün dünyanın diqqətini çəkən maraqlı addım atıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni nəslin siqaret çəkməsinin qarşısını almaq üçün qanun qadağa ilə bağlı qanun layihəsi parlamentdə təsdiq edilib. Bu qanuna görə, 1 yanvar 2009-cu ildən sonra doğulan heç kimə siqaret satılmayacaq. Digər tərəfdən, yaş məhdusiyyəti ildən-ilə artırılacaq. Adıçəkilən qanun layihəsi dünya tarixində bir ilk olub.
Bu ölkənin Səhiyyə Nazirinin köməkçisi Ayeşa Veral “Siqaretsiz Tədbirlər Planı 2025” adlı dövlət proqramının başladıldığını açıqlayıb.
“Guardian” xəbər verir ki, nazir müavini “Siqaret çəkmə faizləri ilə bağlı hədəimizə doğru istiqamətdə çatmaq üçün daha çoxunu daha sürətlə etməyimiz gərəkdir”, söyləyib.
Siqaret çəkilməsini azaltmaq üçün vergi artırılmasının işə ciddi şəkildə yaramadığını bildirən Veral açıqlanan qanun layihəsi ilə gənclərin siqaretə başlmasınını dayandırmaq üçün bu addımı atdıqlarını dilə gətirib.
Tərcümə: Arzu Sayadoğlu