Bu, Azərbaycan diplomatiyasının böyük qələbəsidir

Avqustun 16-da yaşadığımız yüzilliyin nadir tarixi şəxsiyyətlərindən biri kimi cənab prezident İlham Əliyev daha bir möhtəşəm uğura imza atdı və dünya erməniliyinə növbəti ağır, sarsıdıcı zərbələr endirdi.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın haqlı mövqeyini müdafiə etməklə 200 ildən üzü bəri dünyanı bezdirən “erməni məsələsi”nin üzərindən əbədi olaraq xətt çəkdi. Bu, mübaliğəsiz olaraq Azərbaycan diplomatiyasının ermənilər və onları uzun illərdən bəri himayə edən güclər üzərində böyük qələbəsidir. Həlqə artıq daralmaqdadır. Seperatçıların qandallanıb istintaqa cəlb olunması, qeyri – qanuni silahlı dəstələrin isə məhv edilməsi an məsələsidir.

Əminəm ki, Milli İftixarımız, cənab İlham Əliyev 50 milyonluq xalqımıza qürurverici anlar yaşadacaqdır. Artıq onun çəkmələrinin səsi Xankəndində eşidilməkdədir. Uca Yaradan qələbələrinizi bol eləsin, Cənab Ali Baş Komandan!

 

Fəzail Ağamalı

Gununsesi.info