
ABŞ-ın Kaliforniya ştatında magistral yolda dəhşətli anlar yaşanıb.
Belə ki, bir anda avtomobilindən çılpaq vəziyyətdə enən qadın əlində silahla ətrafdakı avtomobillərə atəş açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Mynetdə məlumat yayılıb.
Ətrafa heç bir xəsarət verilməsə də, qadın polis əməkdaşları tərəfindən həbs edilib.
Magistral yolda tamamən çılpaq vəziyyətdə olan qadın hadisə şahidlərinin telefon kamerasına tuş gəlib.
Bildirilir ki, qadın müalicə və müayinə üçün yerli xəstəxanaya aparılıb.
Məsələ ilə bağlı araşdırmalar davam etdiriləcək.
Tərcümə
Şəbnəm
Gununsesi.info