Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Yasamal rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Leyli Eyvaz qızı Əlizadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info