
Las-Veqas şəhərindən Atlanta uçmağa hazırlaşan Delta Hava Yollarına məxsus təyyarə 4 saat uçuş-enmə zolağında gözlədiyi zaman təyyarədə xoşagəlməz hadisələr baş verib.
Gununsesi.info xəbər verir ki, kondisioneri işləməyən təyyarədə sərnişinlər və kabin heyəti huşunu itirib.
44 dərəcə istidə kondisionerlərin işləməməsi nəticəsində ən azı 5 sərnişin və 1 kabin heyətinin səhhətində problem yaranıb.
Bu hadisə ABŞ mediasında işıqlandırılandan sonra Delta Airlines sərnişinlərdən üzr istəyib və növbəti gün Atlantaya uçan sərnişinlərin ödənişini geri qaytarıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info