Kəmaləddin Heydərov futbol matçında - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.

Gununsesi.info xəbər verir ki, oyunu izləyənlər arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da olacaq.

O, matçdan bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi Qəbələ şəhər stadionuna gəlib. Gənclər və idman naziri Fərid Qayıbov da VİP triubada yerini alıb.

Qeyd edək ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərov “Qəbələ”nin prezidenti olub. O, bu postdan 2019-cu ildə istefa verib.

 




Gununsesi.info