Amerikadan Yeni Zelandiyaya çağırış: AUKUS üçün qapımız açıqdır

  • By arzu
  • 27 İyul 2023 17:55

Amerikanın Xarici İşlər Naziri Antoni Blinlen Yeni Zelandiyaya çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Blinken “AUKUS” anlaşmasına Yeni Zelandiyanın da girə bilməsi üçün qapıların açıq olduğunu söyləyib.

Blinken rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Kris Hipkins və Xarici İşlər Naziri Nanaia Mahuta ilə parlament binasında görüş keçirib.

Görüşdən sonra ortaq mətbuat toplantısı keçirilib.

Blinken toplantıdakı çıxışında “AUKUS” anlaşmasına işarə edərək yeni iştirakçılar üçün qapıların açıq olduğunu bildirib.

Y. Zelandiyanın Baş naziri Mahuta ölkəsinin “nüvəsizlik” yanaşmasında bir dəyişiklik olmadığını, ancaq anlaşmanın ikinci addımındakı fürsətləri dəyərləndirəcəklərini bildirib.

Xatırladaq ki, AUKUS anlaşması Amerika, İngiltərə və Avstraliya arasında imzalanan elan edilmiş təhlükəsizlik paktıdır.

Paktla birlikdə ABŞ və Birləşmiş Krallıq, Avsttraliyanı dəstəkləyərək nüvə enerjili sualtı qayıqların inkişaf etdirilməsinə və istiqamətləndirilməsinə yardım etməyi, Sakit Okeanı bölgəsində Qərbin əsgəri varlığına qatqı verməyi hədəfləyir.

Tərcümə: Arzu

Gununsesi.info