Belçikanın XİN rəhbəri Azərbaycana gəlir

Belçikanın xarici işlər naziri Hadja Lahbib Cənubi Qafqaza səfərə gəlir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Lahbib öz “X” (tviter) hesabında paylaşıb.

Onun sözlərinə görə, regiona 4 günlük səfəri çərçivəsində İrəvan, Tbilisi və Bakıda görüşlər keçirəcək.

Lahbibin Bakıya avqustun 24-ü səfər edəcəyi gözlənilir.

Gununsesi.info