
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malaziya Prezidenti İbrahim ilə görüntülü görüş keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, video toplantı zamanı Malaziya Prezidenti Ənvər İbrahim və Ərodğan arasında ikitərəfli münasibətlər ələ alınıb.
Malaziya Prezidenti İbrahim Prezidenti Ərdoğanı ölkəsinə səfərə dəvət edib. Türkiyə Prezidenti Malaziya liderinin bu istəyinə ilk fürsətdəcə oranı ziyarət edəcəyi cavabını bildirib.
Türkiyə-Malaziya əlaqələrinin əhatəli strateji ortaqlıq təməlində daha da irəliyə daşındığını bildirən Ərdoğan Şimali Kipr Respublikasının Malaziyada Ticarət Ofisi açması ilə bağlı təsdiqlənməni məmnuniyyətlə qarşıaldıqlarını bildirib.
Görüntülü görüş zamanı Prezident Ərodğan müdafiə sənayesi sahəsindəki əlaqələrin artıq lokomotiv dəyərini daşıdığını vurğulayıb.
Türkiyə rəsmisi Malaziyanın ehtiyaclarınınq arşılanması ilə bağlı razılaşma sənədini bir an öncə tamamlamaq istədiklərini bildirib.
Ərdoğan “Quran”a qarşı edilən hücumlara qarşı güclü və qərarlı bir ortaq yanaşma sərgiləmənin lazımlılığını dilə gətirib.
Bunu xüsusi ilə vurğulayan Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə XİN başçıları toplantısında alınan qərarların bu baxımdan önəmli olduğunu açıqlayıb.
FETÖ-nün Malaziyada Terror Təşkilatı kimi tanınmasının önəminə diqqət çəkən Ərdoğan Malaziya Prezidenti İbrahimdən Türkiyə olaraq bu mövzuda güclü şəkildə dəstək gözlədiklərini bildirib.
Tərcümə: Arzu