Tramp həbsxanaya könüllü gedir

 Keçmiş prezident Donald Tramp avqustun 24-də Fultondakı həbsxanaya getmək və Corciya ştatında seçkilərə müdaxilə ilə bağlı hakimiyyətə təslim olmaq niyyətindədir.

Gununsesi.info xəbər veri ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən bu tarix keçmiş prezidentin nümayəndələri tərəfindən rayon prokurorluğu ilə razılaşdırılıb. Prokurorluq bundan əvvəl də Tramp və təqsirləndirilən şəxslərə avqustun 25-dən gec olmayaraq təslim olmaları barədə göstəriş vermişdir.

Məhkəmə qərarı ilə Trampa sosial şəbəkələrdən istifadə də qadağan edilib.

Ona qarşı açılan dördüncü cinayət işi üzrə hakimiyyətə təslim olmaq niyyətində olduğuna dair  məlumatı Tramp özü də təsdiqləyib və bu vəziyyəti “cadugər ovu” adlandırıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı açılan bir neçə iş üzrə paralel araşdırmalar aparır.

Donald Tramp bundan əvvəl tərəfdarlarına məktub göndərərək, onu cinayət işlərində 561 il həbs cəzası gözlədiyini qeyd etmişdir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info