
ABŞ prezidenti Co Bayden ölkənin vitse-prezidenti vəzifəsində çalışarkən ofisində və evində məxfi sənədlərin saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində ifadə verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
İstintaqı xüsusi prokuror Robert Hur aparır.
Açıqlamaya görə, Bayden könüllü olaraq Ağ Evdə prokurorlarla danışıb.
Qeyd olunur ki, prezident iki gün ərzində prokurorların suallarını cavablandırıb.
Bundan əvvəl Ağ Ev rəhbərinin müşavirlərindən biri Riçard Sauber deyib ki, Baydenin Pensilvaniya Universitetindəki Penn Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində şəxsi hesabında “məxfi məlumatları ehtiva edən az sayda sənədlər” tapılıb.
Sauber qeyd edib ki, sənədlər Baydenin vəkilləri tərəfindən 2022-ci il noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl aşkar edilib.
Onlar Baydenin prezidentliyə namizədliyini elan etdiyi 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi ofis məkanında idilər.
ABŞ prezidenti keçmiş ofisində məxfi sənədlərin tapılmasından “təəccübləndiyini” bildirib. Amerika lideri qeyd edib ki, onların məzmunundan xəbəri yoxdur.
Səid Əhmədli
Gununsesi.info