
ABŞ prezidenti Co Bayden Qəzza zolağında münaqişənin həllinə dair razılaşmanın tamamlanmasını sürətləndirmək üçün danışıqlarda təzyiqi artıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına əsasən Bayden Netanyahu ilə daha sərt tonda danışacaq.
Bildirilir ki, Amerika lideri İsrailin baş naziri ilə tez-tez toqquşub.
Çünki o, onu Fələstinin radikal HƏMAS hərəkatı ilə razılığa gəlməyə inandırmağa çalışırdı.
Materialın müəllifləri qeyd ediblər ki, Bayden geridə siyasi irs qoyub getməsi üçün bu sövdələşməni bağlamalıdır.
O, təkcə atəşkəs üçün deyil, həm də İsrailin Qəzza zolağında bombardmanını və şiə Yəmən Ənsar Allah hərəkatına cavabı Netanyahu ilə müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl Netanyahu Amerika Konqresində çıxışı zamanı bildirmişdi ki, İsrailin özünümüdafiə hüququndan istifadə etməsinə mane olmaq cəhdləri ABŞ və digər Qərb ölkələri üçün ciddi nəticələrə gətirib çıxaracaq.
Şəbnəm
Gununsesi.info