
ABŞ Prezidenti Co Bayden cümə günü müttəfiq qüvvələrin Normandiya əməliyyatının 80-ci ildönümünü qeyd edərək, Birləşmiş Ştatlar və NATO-nun Rusiyanın iki ildir davam edən hərbi müdaxiləsinə qarşı mübarizədə Ukraynaya dəstəyindən əl çəkməyəcəyinə söz verib.
Fransanın Kolvil-sur-Mer şəhərində danışan Bayden deyib ki, “biz” Ukraynanı müdafiə etməkdən “geri çevrilməyəcəyik” və “zalımlara təslim olmayacağıq”.
ABŞ lideri Ukraynaya “dominantlıq niyyətində olan tiran” olaraq təsvir etdiyi Rusiya prezidenti Vladimir Putinin hərbi müdaxilə etdiyini və demokratiyanın hazırda İkinci Dünya Müharibəsindən bu yana heç vaxt olmadığı qədər risk altında olduğunu bildirib.
“Bunu bilin, biz zalımlara baş əyməyəcəyik, onlara təslim ola bilmərik, bu, sadəcə olaraq ağlasığmazdır. Əgər bunu etsək, azadlıq əsarət altına alınacaq, bütün Avropa təhdid altında qalacaq”, deyərək Bayden İkinci Dünya Müharibəsindən sonra yaranan qlobal dünya nizamına geniş dəstəyini irəli sürüb.
“Zalımlara təslim olmaq, diktatorlara boyun əymək sadəcə ağlasığmazdır”, Bayden Normandiyadakı Amerika qəbiristanlığında keçirilən mərasimdə deyib. “Əgər bunu etsək, bu o deməkdir ki, biz bu müqəddəs çimərliklərdə baş verənləri unutmuş olacağıq.”
Gununsesi.info