Hakimi təhqir edən məşqçiyə ağır cəza verildi

  • By ilhame
  • 07 İyun 2024 21:57

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Gununsesi.info xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

U-17 Liqasının “Neftçi” PFK – “Sumqayıt” FK oyununda “Sumqayıt”ın futbolçusu Nadir Orucov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

 

AHFF-nin birinciliyinin 6-cı turu çərçivəsində keçirilən “Olimpiya” (Ağcabədi) – “Şirvan” OİK oyununda “Olimpiya”nın köməkçi məşqçisi Şahin Rüstəmov hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

 

İkinci Liqada pley-offun “Hypers” – “Şəfa” oyununda “Hypers”in futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Şəfa”nın futbolçusu Nicat Abbasov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Şəfa” komandası 300 manat cərimə edilib.

Gununsesi.info