Qazaxıstan, Rusiya və Çin Moskva yaxınlığında nəqliyyat qovşağı tikəcək

  • By ilhame
  • 07 İyun 2024 21:47

Qazaxıstan, Çin və Rusiya 2025-ci ildə Moskva vilayətində yeni nəqliyyat və logistika qovşağı tikəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın “Samruk-Kazına” investisiya holdinqi məlumat yayıb.

 

Saziş Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində imzalanıb.

 

“Belə mühüm layihənin tikintisi yüklərin daşınması və emalı üzrə, o cümlədən də Qazaxıstan yükgöndərənləri üçün bir sıra üstünlüklər yaradacaq”, – məlumatda qeyd olunur.

 

İnvestisiya holdinqindən əlavə edilib ki, yeni nəqliyyat qovşağı logistika və terminal fəaliyyətlərində göstərilən xidmətlərin çeşidini genişləndirəcək, həmçinin çatdırılma müddətlərini azaldacaq.

Gununsesi.info