ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun başçılıq etdiyi nümayəndə heyəti mayın 26-da Tayvana səfər edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Tayvandakı Amerika İnstitutu məlumat yayıb.

 

Ümumilikdə nümayəndə heyətinə altı konqresmen daxil olacaq. Səfər dörd gün davam edəcək.

Gununsesi.info