Sumqayıtda zavodda yanğın başlayıb

Sumqayıt şəhərində zavodlardan birinin həyətində yerləşən transformatorda yanğın baş verib. 

Gununsesi.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 

Gununsesi.info