104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən müstəqil namizəd Nazim Bəydəmirli seçicilərlə görüşlərini davam etdirir.
Gununsesi.org xəbər verir ki, namizədin Seçki Qərargahından verilən məlumata görə, yanvarın 27-də N. Bəydəmirli Tovuzun Hacı Həsənli, Kirən və Qalaboyun və Koxanəbi kəndlərində seçicilərlə görüşlər keçirib.
Görüşlərdə kəndlərin infrastruktur problemləri. Sakinlərin gendəlik qayğıları müzakirə olunub, seçicilərin sualları cavablandırılıb.
Günortadan sonra Nazim Bəydəmirli Tovuzun Məşədilər, Köhnəqala, Çobansıxnaq və Sarıtala kəndlərində də seçicilərlər görüşüb. Burada da namizəd seçki platformasını, bölgənin problemlərinin həlli ilə bağlı fikirlərini açıqlayıb, seçicilərdən dəstək istəyib.
Məlumatda qeyd olunur ki, adları çəkilən kəndlərdə Nazim Bəydəmirlinin namizədliyi dəstəklənib, seçicilər 9 fevralda ona səs verəcəklərini bildiriblər. Görüşlər davam edir, namizədin sabah daha bir neçə kənddə əhali ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, Nazim Bəydəmirli 2005-2010-cu illərdə 104-saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən millət vəkili seçilib. Bu müddət ərazində bölgənin çoxsaylı infrastruktur problemlərinin həllinə nail olub, həmçinin vətəndaşların qaldırdığı məsələlərin həllinə təşəbbüs göstərib.
Gununsesi.org
COMMENTS