İmişlidə ağır qəza, iki nəfər öldü

  • Müəllif: Orxan
  • 09 Noyabr 2026 11:45

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, “Kia” markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb.

Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info