Aİ Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

  • Müəllif: Orxan
  • 09 Noyabr 2026 10:50

Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrik diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Nümayəndəlik Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli kimliyinin simvoluna hörmətini ifadə edərək bu əlamətdar günün qeyd olunmasında Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirib”, – məlumatda bildirilir.

Gununsesi.info