Qaluzin: Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal iştirakçılarıdır

  • By ilhame
  • 06 İyun 2024 19:28

Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal, faydalı və təşəbbüskar iştirakçılarıdır.

Gununsesi.info-nun Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O qeyd edib ki, məhz bu format regiona daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin gətirilməsini vəd edir:

“3+3” regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır”.

Gununsesi.info