Arvadını döyərək öldürən sabiq nazirə hökm oxundu VİDEO/FOTO

Ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, arvadını öldürməkdə təqsirli bilinən 44 yaşlı Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə iclasında nümayiş olunan kamera görüntülərində həyat yoldaşına qarşı etdiyi işgəncə xarakterli video görüntüləri tapılıb.

Görüntülərdə o, həyat yoldaşı 31 yaşlı Saltanat Nukenovanı dəfələrlə yumruq və təpiklə vurduğu, yarıçılpaq halda saçından tutaraq otağa sürüklədiyi və sonradan ölü tapıldığı görüntülənib.

Eyni zamanda huşunu itirən həyat yoldaşının dəfələrlə təhqir olunduğu da görünüb.

Məhkəmə iclasında həyat yoldaşını döydüyünü etiraf edən Bişimbayev ona işgəncə verməsi və ya onu öldürməyi planlaşdırması ilə bağlı ittihamları rədd edib.

Məlumata əsasən Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar.

Qeyd edək ki, Bişimbayev 2016-cı ilin may-dekabr aylarında keçmiş iqtisadiyyat naziri vəzifəsində çalışmışdır.

2018-ci ildə rüşvətxorluqda təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Lakin o, üç ildən sonra şərti azadlığa buraxılmışdır.

 

 

Şəbnəm

Gununsesi.info