
“Almaniya ABŞ-dan üç HIMARS reaktiv yaylım atəş sistemi (MLRS) alıb onları Ukraynaya təhvil verəcək.”
Gununsesi.info xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtona səfəri zamanı bu barədə bildirib.
O, ABŞ hakimiyyətini Berlinin həm Avropada, həm də dünyada hərbi təhlükəsizlik üçün daha böyük məsuliyyət daşımağa hazır olduğuna əmin edib və Amerika hökumətini Avropa qitəsində bu istiqamətdə birgə səyləri zəiflətməməyə çağırıb.
Bildirilir ki, fevralda Ukrayna və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlıq və Kiyevə uzunmüddətli dəstək haqqında saziş imzalanıb.
Zelenski bu sənədi “görünməmiş” adlandırıb və qeyd edib ki, bu sənəd Berlinin Kiyevə 2024-cü il üçün yeddi milyard avrodan çox dəstəyini təmin edir.
Eyni zamanda aprelin 9-da Avropa diplomatiyasının rəhbəri Xosep Borrell bildirib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ondan 7 Patriot sistemi istəyib. Borrell, eyni zamanda, Aİ ölkələrinin Ukraynanı dəstəkləməyə davam etmək üçün “mənəvi öhdəliklərinin olduğunu” vurğulayıb.
Eyni zamanda Qərb ölkələrinin hələ də mövcud 100 Patriot sistemindən 7-ni ayıra bilməməsindən şikayətlənib. Bundan əlavə, o, Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini Aİ xarici işlər və müdafiə nazirlərinin qarşıdakı görüşündə müzakirəyə çıxaracağını vəd etmişdir.
Şəbnəm
Gununsesi.info