Qəzzaya gedən yardım karvanına hücum

İsrailli etirazçılar İordan çayının qərb sahilində Qəzzaya gedən yardım karvanına hücum ediblər.

Gununsesi.info xəbər verir ki, yayılmış görüntülərdə nümayişçilərin yük maşınlarından yerə ərzaq bağlamaları ataraq, onları yerdə tapdaladıqları görünüb.

Bildirilir ki, İordaniyadan gələn və humanitar yardıma böyük ehtiyac duyulan Qəzzaya gedən yardım karvanları Hebronun qərbindəki Tarkumiye keçid məntəqəsində israilli etirazçıların hücumuna məruz qalıb.

İsrail mediası bu hadisəni saxlanılan israilli girovlara qarşı etiraz xarakterli olduğunu deyib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan etirazçıların bu davranışının yalnış olduğunu deyib.

O, həmçinin ABŞ-ın bu hadisəni pislədiyini və yardım karvanlarının talan edilməsindən qəzəbləndiyini bildirib.

Bildirilir ki, yardım karvanlarının göndərilməsi nəzərdə tutulan Qəzzada humanitar vəziyyət beynəlxalq ictimaiyyətin böyük bir hissəsinin dərin narahatlığına səbəb olur.

BMT-nin Dünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, Qəzza zolağının şimalında fələstinlilər tamamilə aclıq içindədirlər.

Ən çox fələstinlilərin sığındığı bölgənin cənubunda İsrailin Rəfahın şərqində hücuma keçməsindən sonra vəziyyət daha da pisləşib və Misirdən keçən yardım axını dayanıb.

Məlumata əsasən, Kerem Şalom qapısından yardımların daxil olmasının bölgədəki təhlükəsizlik vəziyyəti səbəbindən çox çətin olduğunu bildirir.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumları davam etdikcə İordan çayının qərb sahilində israilli mühacirlər ilə fələstinlilər arasında gərginliklər də artıb.

“Sülh İndi” təşkilatının məlumatına görə, 2,7 milyon fələstinli ilə birlikdə İsrailin işğalı altında olan Qərb Sahilində və Şərqi Qüdsdə 700 min israilli yaşayır.

Beynəlxalq ictimaiyyət yəhudi məskənlərini qanunsuz hesab etsə də, İsrail dövləti buna qarşı çıxır.

 

 

 

 

Şəbnəm

Gununsesi.info