Peskov postunda qaldı, Patruşevə bu vəzifə verildi

Rusiya dövlət başçısı Vladimir Putin Prezident Administrasiyası rəhbərliyinə təyinatlar haqqında Fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, Putin Anton Vaynonu yenidən Prezident Administrasiyasının rəhbəri təyin edib.

Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya dövlət başçısının köməkçisi təyin olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz postunda qalıb.

Tula vilayətinin qubernatoru Aleksey Dyumin vəzifəsindən azad edilərək Purinin köməkçisi təyin olunub.

Aleksey Qromov və Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri postlarını qoruyublar.

Maksim Oreşkin də Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. O, bu təyinatadək Putinin köməkçisi vəzifəsini icra edib.

Dövlət Dumasının Mədəniyyət Komitəsinin rəhbəri Yelena Yampolskaya Rusiya Prezidentinin müşaviri təyin edilib.

Gununsesi.info