
Binəqədi Rayon Məhkəməsi narkotik ittihamı ilə həbs edilən birinci qrup əlil Famil Xəlilovu ev dustaqlığına buraxmayıb.
Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib.
Vəkil bildirib ki, məhkəmənin bu qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, hər iki əli iflic vəziyyətdə olan Famil Xəlilov narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
Ancaq o, bu ittihamları rədd edir, həbsini hökumətə qarşı tənqidləri ilə əlaqələndirir.
Elmar
Gununsesi.info