UEFA Çempionlar Liqası: Bu gün yarımfinal görüşü keçiriləcək

“Real Madrid” və “Bavariya” -nın  finala son vəsiqə qazanmaq uğrunda mübarizəsi

Gununsesi.info-nun verdiyi xəbərə görə birinci oyunda 2-2 hesablı heç-heçəyə razılaşan “Real Madrid” və “Bavariya” bu gecə meydana qələbə əzmində çıxacaqlar. Rəqiblərin heyətində itkilər var. Meydan sahiblərindən David Alaba Karlo Ançelottinin ixtiyarında olmayacaq. Qonaqlarda isə Saşa Boey, Buçmann, Koman, Querrero, Maruşiç və Bono Sarr zədə üzündən bugünkü görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı polşalı hakimlər briqadasından Saymon Marçinyak idarə edəcək.

08 May

“Real Madrid” – “Bavariya”

İlk görüş – 2:2

Saat – 23:00

Stadion – “Santiaqo Bernabeu”

Baş hakim – Saymon Marçinyak

Gununsesi.info