Ərdoğan sentyabrda İraqa rəsmi səfər edəcək

İraq xarici işlər nazirinin müavini Hişam əl-Aluai Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın sentyabrda İraqa rəsmi səfər edəcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomat “Rudaw” telekanalına bildirib.

“Rəcəb Tayyib Ərdoğanın gələn ay səfər edəcəyi gözlənilir”, – deyə o qeyd edib.

Gununsesi.info