Nigerdə terror hücumu – Çoxlu sayda adam öldü

  • By arzu
  • 16 Avqust 2023 15:36

Mali və Burkona Faso sərhədi yaxınlığında pusquya salınan Niger ordusu çoxlu sayda itki verib.

Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, Niger Müdafiə Nazirliyinin açıqlamasında bu ölkənin ordusuna aid əsgəri qrupun pusquya salınması ilə 17 nəfərin öldüyünü bildirib.

Olay Nigerin Boni və Toridu böldəsində yaşanıb.

Hadisə zamanı 20 nəfər yaralanıb.

Niger tərəfi ordusunun müdafiəyə keçərək 100-dən çox terrorçunu zərərsizləşdirdiyini bildirir.

Niger Müdafiə Nazirliyi toqquşma ilə bağlı bunları açıqlayıb:

“Toqquşma yerində əsgərlərin çevik reaksiya verməsi və havadan müdaxilə ilə düşmən mübarizə aparıldı”.

Xatırladaq ki, Mali, Niger və Burkina Fasonun olduğu yerlərdə terror təşkilatı Əl Qaidə və İŞİD-lə əlaqəli hücumlar olur.

Niger sərhədləri, həm də Nigeriyada fəaliyyət göstərən Boko Haram Terror Təşkilatı tərəfindən hücuma məruz qalır.

Tərcümə: Arzu

Gununsesi.info