Çində sel və torpaq sürüşməsi – Ölənlər var

  • By arzu
  • 12 Avqust 2023 15:22

Çində sel daşqınları və torpaq sürüşməsi olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 29 nəfər ölüb, 16 nəfər itkin düşüb.

Bu ölkədə şiddətli yağşların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar elektrikin verilişində fasilələr yaradıb. Bir çox elektrik dirəkləri uçub, binalara ciddi ziyan dəyib.

Bölgəyə gələn xilasetmə işçiləri axtarışlara başlayıblar.

İtkin düşənlərin tapılması üçün çalışma başladılıb.

Yaşanan güclü sel daşqınları və torpaq sürüşməsi üzündən, çoxlu sayda adam öz evindən köç etməli olub.

 

Tərcümə: Arzu

Gununsesi.info