Məryəm Rəcavi “İnsanlığa qarşı 40 illik cinayət və cəzasızlıq” adlı konfransda çıxış edib

  • By arzu
  • 23 Avqust 2023 18:43

Parisdə 30.000 siyasi məhbusun qətliamının 35-ci ildönümü münasibətilə ən tanınmış beynəlxalq hakimlərin və bəzi hakimlərin iştirakı ilə “İnsanlığa qarşı cinayətlərin və cəzasızlığın dörd onilliyi” konfransı keçirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, toplantıda siyasətçilər, hakimlər və hüquqşünaslar da yer alıb.

Aleksandr Matviçuk(Nobel mükafatlı), Gefrey Nice, Lahey prokuroru Şeyla Paylan kimi isimlər iştirak edib.

Toplantı başlamazdan öncə İran Milli Dirəniş Hərəkatının başçısı Məryəm Rəcavi qonaqları qarşılayıb.

İştirakçıları salamlayaraq nitqinə başlayan xanım Rəcavi İran Xalq Mücahidləri üzvləri də daxil olmaqla, 30 min siyasi dustağın həyatı bahasına başa gələn qətliamın ildönümünü anmaq üçün buraya toplandıqlarını bildirib.
35 il öncəki qətliamı xatırladan Rəcavi ölüm icraçıları arasında indiki İran Prezidenti İbrahim Rəisinin olmasını da vurğulayıb.

Rəcavi həmin dönəmdəki qətliamlatı İkinci Dünya Savaşından sonrakı ən böyük soyqırım adlandırıb.

Öldürülən qurbanların çalışqan və məmləkətlərində sevildiyini vurğulayan Rəcavi onların dirənişləri ilə işgəncələrə qatlanmasından danışıb.

Öldürülənlərin öz ideallarının arxasında getdiklərini söyləyən Rəcavi  onların dar ağacından asılsa belə əqidələrindən dönmədiklərini dilə gətirib.

Rəcavi onların dar ağacına cəsurca yürüdüklərini bildirib.

Şok edici səhnələrdən və qurbanların “Xomeyniyə ölüm, yaşasın azadlıq” şüarlarından danışan Rəcavi həmin dönəm olaylarının İran tarixinin ən silinməz tarixi olaraq adlandırır.

Hüquqşünaslarıa çaırış edən Rəcavi həmin qətllərin sinifləndirilməsinin onların işi olduğunu açıqlayıb.

 

İran Milli Dirəniş Hərəkatının başçısı Məryəm Rəcavi rejimin Xalq Mücahidləri Təşkilatının ideologiyasını və özünü yox etməyə çalışdığından bəhs edib.

1988-ci ildə İran rejiminin 130 şəhərdə qətliam başlatmasına deyinən Rəcavi bununla rejimin Dirəniş Hərəkatını ortadan qaldırmağa çalışdığını bildirib.

Edam edilənlərin bir çoxunun valideynlərindən xəbərsiz kütləvi məzarlıqlara basdırıldığını vurğulayıb.

“İran xalqı nə bağışlayar, nə də unudar. Hesab günü yaxınlaşır.İranın əlverişli və cəsur nəsillərinin mübarizəsi və dirənişi ilə aydınınlanan İran xalqının azadlıq günü günəşin qaçılmaz doğuşu kimi yaxınlaşır”, – deyə o bildirib.

Çıxışının sonunda Məryəm Rəcavi iştirakçılara təşəkkürünü bildirib.

 

 

Tərcümə: Arzu

Gununsesi.info