Türkiyədə avtomobil qəzası – Çoxlu sayda adam öldü

  • By arzu
  • 23 Avqust 2023 16:09

Türkiyənin Hakkari şəhərində avtomobil qəzası olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 3 nəfər ölüb, 1 adam yaralanıb.

Olay Hakkarinin Yüksekova kəndində yaşanıb.

“Mercedes” markalı avtomobil yük avtomobilinə çırpılıb.

Olay yerinə çoxlu sayda tibb işçiləri gəliblər.

Yaralılardan birini xəstəxanada xilas etməyə çalışsalar da, mümkün olmayıb.

Qəza Zamanı Perişan Akçelik və Adalet Safalı, Cihan akçelik dünyasını dəyişiblər.

 

Tərcümə: Arzu

Gununsesi.info