Hindistanda körpü uçdu – 17 nəfər can verdi

  • By arzu
  • 23 Avqust 2023 16:50

Hindistanda körpü uçub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 17 nəfər can verib.

Faciəvi hadisə Mizoram bölgəsində inşaat halındakı bir körpünün çökməsi ilə baş verib.

Ölənlər işçilərdir.

Mizoram Bölgəsinin naziri Zoramthanqa mətbuata verdiyi açıqlamasında xilasetmə işçilərinin davam etdiyini bildirib.

Dövlət rəsmisi ölənlərin sayını təsdiq edib.

“Aizavl yaxınlarında Sairanqda tikintisi davam edən dəmiryolu körpüsü çökmüşdür”, -deyə nazir söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info