
“Rusiya iqtisadiyyatı sürətli inflyasiya təhlükəsi ilə üz-üzədir”.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Obyektiv məlumatlar göstərir ki, inflyasiya riskləri artır və qiymət artımlarının qarşısını almaq vəzifəsi indi ön plana çıxır”, – Putin Mərkəzi Bankın rəhbərliyi, Baş nazir və onun müavinlərinə müraciət edərək deyib.
“Hökumətdəki həmkarlarımdan, Mərkəzi Bankdan vəziyyəti daim nəzarətdə saxlamağı xahiş edirəm”, – deyən Putin inflyasiya dərəcələrinin vətəndaşların real gəlirlərinə, maaşlarına və yoxsulluğun səviyyəsinə təsir etdiyini də qeyd edib.
Gununsesi.info