İran rejiminə Amerikadan olan əsirlər üçün 6 milyard dollar ödənəcək – Qorxunc anlaşma

  • By arzu
  • 13 Avqust 2023 16:09

Dünyaca tanınmış “Fox News” dərgisi rəsmi Vaşinqton və Tehran arasında olan razılaşdırmadan yazıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nəşr Amerika və İran arasında ABŞ-dan olan əsirlər üçün 6 milyard dollarlıq razılaşmanın əldə edildiyini bildirir.

“Fox News” rəsmi Vaşinqtonun İrana əsir olan öz əsir vətəndaşları üçün 6 milyard dollarlıq ödəmə edəcəyini yazır.

Respublikaçılar isə İran rejiminə ödənəcək bu pul üçün Co Bayden iqtidarını tənqid ediblər.

Senator Cim Riş “Bayden iqtiadrı amerikalıları siyasi piyada olaraqistifadə edənləri cəzalandırmalı və buna son qoymalıdır”, – deyə vurğulayıb.

Respublikaçılar İranın əsir olan amerikanlar üzərindən faydalanmamasının gərəkli olduğunu söyləyirlər.

Mayk Pompeo da bu anlaşmanı tənqid edərək “qorxunc razılaşma” adlandırıb.

Senatdakı Xarici Əlaqələr Komitəsinin başçısı Senator Cim Riş bunları bildirib:

“Haqsız yerə həbs edilən amerikalıları məmnuniyyətlə qarşılasam da, İranın 6 milyardlıq maddi aktivlərinin sərbəst buraxılması təhlükəlidir və əsir alınma və rejimin təcavüzkarlığını artırması baxımdan, daha böyük təşvik etməyə təminat yaradır”.

“Nyu-York təmsilçisi Klaudia Tenney “Tvitter” hesabında bunları yazır:

“Amerikan hökuməti yalnızca terrorçuları maliyyələşdirməyi deyil, həm də onlarlarla bazarlıq da etməməlidir. İndi Bayden hökuməti terroru maliyyələşdirmək və İran xalqını basqılatmaq üçün İran mollalarına 6 milyard dollar verir”.

Respublikaçı Barry Loudrmlik isə yazır:

“Amerikan xalqı Baydenin xarici siyasətinin daha çox faciəvi olmayacağını düşündü. Bayden Əfqanıstandan çəkilməməsinin ardından İrana boyun əydi. Amerikan xalqı bundan daha yaxşısını haqq edir”.

Amerikan Təmsilçilər Məclisinin başçısı Kevin MakKarti bu anlaşmaya qarşı çıxıb:

“Təmsilçilər Məclisi Baydenin iqtidarının razılaşdığı quldur İran rejimi ilə belə anlaşmanı dəstəkləməz. İranın Ukraynaya yönəlik acımasız rus hücumlarında Rusiyaya verdiyi dəstək göz önünə alındıqda, Demokrat Senatorların buna qarşı çıxacağını təxmin edirəm”.

Amerikanın Xarici İşlər Naziri Antoni Blinken 7 iyulda etdiyi çıxışında “İranla masada bir anlaşma yoxdur”, – deyə bildirimşdi.

 

Tərcümə: Arzu

Gununsesi.info