
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulduğu iddia edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Vaqner” şirkətinə yaxın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.
Məlumatda həmçinin qeyd olunur ki, Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojinin “sağ əli” hesab olunan Dmitri Utkin də olub. Onun ölümü ilə qruplaşmanın tamamilə başsız qalacağı vurğulanıb.