2020-ci ildə yeni doğulmuş körpələrə ən çox qoyulan adlar açıqlanıb.
Gununsesi.org bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, cari il ərzində yenidoğulan oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə adları verilib.
Sadalananlardan oğlan adları arasında ilk beşlikdə Yusif, Əli, Hüseyn, Ömər, Uğur, qız uşaqlarına verilən adlar arasında isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə adı yer alır.
Gununsesi.org
COMMENTS