İngilis riyaziyyatçısı və “Həyat” oyununun yaradıcısı 82 yaşlı Con Convey koronavirusdan ölüb.
Gununsesi.org KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə həmkarı Sam Vong öz “Twitter” səhifəsində məlumat yayıb.
“Həmkarım Con Conveyin vəfat etdiyini sizə təəssüflə bildirirəm. Ölümü qəfil oldu, temperaturu çərşənbə günü başladı” deyə Vong yazıb.
Con Convey oyun nəzəriyyəsinin kombinasiyasının əsasını qoyaraq, riyaziyyata əhəmiyyətli bir töhfə verib. Alim sürreal ədədləri kəşf edib və dəhşətli cəfəngiyat adlandırılan fərziyyəni də ortaya qoyub.
O, “Həyat” adlı oyunu yaratdığına görə daha çox tanınır. Alim bir sıra sadə qaydalardan istifadə edərək mürəkkəb quruluşların necə yarana biləcəyini göstərib.
COMMENTS