Rusiyanın ən kriminogen və az cinayət törədilən bölgələri açıqlandı

Rusiyanın ən kriminogen və az cinayət törədilən bölgələri açıqlandı

Rusiyada 2020-ci ilin yanvar və fevral ayları ərzində 327 300 cinayət hadisəsi qeydə alınıb.

Gununsesi.org bildirir ki, RT agentliyi bu barədə Rusiya Daxili İşlər Nazirliyinin statistikasına istinadən xəbər yayıb.

Siyahıya 23 900 cinayət hadisəsi ilə Moskva şəhəri başçılıq edir.

İkinci yerə sahiblik edən region da liderdən uzaqda deyil – Moskva vilayətində 12 100 cinayət hadisəsi törədilib.

Siyahıda sonrakı yerləri Krasnodar diyarı (12 000), Çelyabinsk vilayəti (10 200) və Rostov vilayəti (9 600) tutur.

Ən az cinayət hadisəsinə isə Nen Muxtar Dairəsində, Çukotkada, İnquşetiyada, Maqadan vilayətində və Kalmıkiyada rast gəlinib.

Gununsesi.org

COMMENTS