“Kimdənsə artıq deyiləm, ömürdür verilib yaşayıram, harda məsləhətdirsə, orda da bitəcək…”

“Kimdənsə artıq deyiləm, ömürdür verilib yaşayıram, harda məsləhətdirsə, orda da bitəcək…”

“Darıxmıram, amma təbii ki, arzu edirəm bu günlər arxada qalsın, ölkəmiz, xalqımız vərdiş etdiyi yaşayış tərzinə qayıtsın”

Gununsesi.org bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Həsənoğlu bu gün 74 yaşının tamam olması münasibətilə deyib. R.Həsənoğlu doğum gününü qaydalara uyğun olaraq evdə keçirəcəyini bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü “Evdə qal” çağırışına uyğun olaraq evdə keçirəcəm. Bilirsiniz ki, dövlətimiz karantin rejiminin elan olunmasıyla bağlı qərar verib. Mən də evdə oturmuşam, işimlə məşğulam, lazım olan şeyləri telefonla deyirəm, internet var. Bir sözlə, darıxmıram, amma təbii ki, arzu edirəm bu günlər arxada qalsın, ölkəmiz, xalqımız vərdiş etdiyi yaşayış tərzinə qayıtsın”. 

Kinorejissor qarşıda görəcəyi işlərdən də danışıb:

“Qarşıda görəcəyim işlərlə bağlı konkret heç nə deməyəcəm, amma planlar çoxdu. Həm Bədii və sənədli filmlər studiyasının rəhbəri, həm də kinorejissor kimi müəyyən plan və ideyalar var. Yetmiş dörd yaşım tamam olur və hamının ömrü necə keçirsə, məndə də o cürdür. Kimdənsə artıq deyiləm, ömürdür verilib yaşayıram, harda məsləhətdirsə, orda da bitəcək. Heç nəyə heyfslənmirəm, yaxınlarım, əzizlərim hamısı mənimlədir”.

Qeyd edək ki, R.Həsənoğlu 1946-cı il aprelin 13-də anadan olub. 

Gununsesi.org

COMMENTS