Rəsulzadənin silahdaşı vəfat etdi

Rəsulzadənin silahdaşı vəfat etdi

Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib.

Gununsesi.org bildirir ki, Pravda.az-ın xəbərinə görə, Yəhya Taşdələn 1929-cu ildə Türkiyənin Kars vilayətində anadan olub. Ali təhsilini Ankara universitetində alan Y. Taşdələn Kənd Təsərrüfatı Nazirliyində İcra Aparatının rəhbəri vəzifəsinədək yüksəlib.

1952-55-ci illərdə – Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni Ankarada olduğu müddətdə onunla birgə fəaliyyət göstəriblər.

Rəsulzadəni həyatda görən sonuncu adam idi.

Ona Gəncə Aqrar Universitetinin fəxri professoru adı və Azərbaycan vətəndaşlığı verilib.

Allah rəhmət eləsin!

Gununsesi.org

COMMENTS