Karantinə rəğmən Avropada kütləvi xalq etirazları başladı –Gecə saatlarında da davam etdi (FOTOLAR+VİDEO)

Karantinə rəğmən Avropada kütləvi xalq etirazları başladı –

Karantin olmasına baxmayaraq, Belçikanın paytaxtı Brüsseldə xalq meydanlara enib.

Gununsesi.org-un Moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, etirazlara səbəb skuterdə polisdən qaçmaq istəyərkən qəzaya uğrayan 19 yaşlı oğlanın ölümü olub.
Gənclər asayiş keşikçilərinə daş və şüşə parçaları atmağa başlayıblar. Etirazçılardan biri polis əməkdaşlarından oğurlanan tapança ilə havaya bir neçə dəfə atəş açıb. Polis kütləni dağıtmaq üçün su şırnaqarından istifadə etməli olub.
Nəticədə, asayiş keşikçiləri 57 iğtişaşçını həbs ediblər. Buna rəğmən gecə saatlarında da bir qrup gənc polis idarəsinin binasını daşa basaraq pəncərələrini  sındırıblar.
Bununla belə, mərhum oğlanın ailəsi insanları sakitliyə çağırıb və etiraz çağırışlarına cavabdeh olmadığını vurğulayıb.
Prokurorluq gəncin ölümünün səbəblərini araşdırır.

 

 

Gununsesi.org 

COMMENTS