Fars dövlətindən Azərbaycana növbəti xəyanət: Ermənilərə dəstək üçün Qarabağa “TIR”larla neft daşıyır- RƏSMİ TEHRANIN ERMƏNİ SEVGİSİ(VİDEO-FAKT)

Fars dövlətindən Azərbaycana növbəti xəyanət: Ermənilərə dəstək üçün Qarabağa “TIR”larla neft daşıyır

İran Ermənistan hakimiyyətinə dəstəyini davam etdirir.

Gununsesi.org xəbər verir ki, İran fars dövlətinin Dağlıq Qarabağa neft və neft məhsulları göndərdiyini əks etdirən videonu ermənilər özləri yayıb. Rəsmi Tehranın bu əməlini Qarabağda yaşayan erməni fəal kəskin tənqid də edib. Amma öz prizmasından…

İran dövlət  nömrə nişanlı yük dolu TIRların Dağlıq Qarabağa gəldiyini bildirən gənc yaydığı videoda etirazla bildirir ki, hazırda İrandan gələn yanacaq TIR-ları Xankəndidədir:

“Biz Xankəndidəyik və bu, faktdır: ucuz yanacaq, pul qazanırlar və virus gətirirlər. Bu, cinayət kolonudur…”

O, koronavirusun artıq Xankəndidə olduğunu və bunun qəsdən yayıldığını deyib. Daha sonra o, separatçı və terrorçu Saakyan və onun komandası əleyhinə ittihamlar səsləndirib.

 

Xəbərdədən sonra düşündürücü sual budur ki,  Ermənistanın Baş naziri Nikol Paşinyanın icazəsi olmadan Qarabağda qondarma rejimin qondarma rəhbəri Bako Saakyan belə bir qərar verə bilməzdi. Sadəcə videonu çəkən adam da bunun fərqində deyil.

Beləliklə, İran dövlət səviyyəsində və ya müxtəlif şirkətlərinin əli ilə işğalçılara, onların mütəxəssislərinə və s. fəal şəkildə işğal altında olan Qarabağa dəstək verir və biz hələ də susuruq.

Kədərli olan odur ki, bu avtomobilləri İran azərbaycanlıları idarə edirlər.

 

 

Gununsesi.org 

COMMENTS