Prezident özünün və nazirlərin maaşını əlli faiz azaltdı –Örnək addım

Prezident özünün və nazirlərin maaşını əlli faiz azaltdı –

Ekvador Cənubi Amerikanın koronavirus pandemiyasından ən çox zərər çəkən ölkəsi oldu.
Gununsesi.org  Moderator.az-a istinadla xəbər verir ki, Ekvador prezidenti Lenin Moreno koronavirusla mübarizə çərçivəsində həm özünün, həm də nazir və nazir müavinlərinin maaşlarını əlli faiz azaldacağını bildirib.
Bununla yanaşı, maaşların azaldılması həmçinin bölgələrdə işlərən idarə müdirlərinə də tətbiq olunacaq.
Qeyd edək ki, Ekvadorda koronavirus pandemiyasına 7 min 466 nəfər yoluxub, 333 nəfər isə dünyasını dəyişib. Ancaq prezident L.Moreno açıqlamasında təkcə Quayas əyalətində 2500 adamın koronavirusdan dünyasını dəyişdiyini bildirib.

Gununsesi.org 

COMMENTS