“Belarusda koronavirusun yayılması ilə bağlı son hadisələr stress-testdir və səhiyyə sisteminin dözümlülüyünün sınağıdır”.
Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Vladimir Karanik Tut.by portalına açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda “tibbi avadanlıqların səmərəli istifadəsi, hansı istehsal müəssisələrinə sahib olmaq, xəstələrin sağalması üçün zəruri addımlar”ı əks etdirən yekun sənədlər hazırlanır.
Nazir dövlətin başlıca vəzifəsinin tibb işçilərini qoruyucu vasitələr, zəruri dərman və ləvazimatlarla təmin etmək olduğunu bildirib.
“İndi hökumət, ilk növbədə, koronavirus infeksiyası olan xəstələrlə işləyən tibb işçilərinə əlavə ödəmələrin edilməsi məsələsini müzakirə edir”, – deyən V.Karanik koronavirusla mübarizədə iştirak edən səhiyyə işçilərinin keyfiyyətli iş nümayiş etdirdiklərini qeyd edib.
Gununsesi.org
COMMENTS