Türkiyə Ermənistana tibbi yardım edib? – Səfirlikdən AÇIQLAMA

Türkiyə Ermənistana tibbi yardım edib? – Səfirlikdən AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, səfirlikdən verilən rəsmi məlumata əsasən, sözügedən məlumatlar gerçəkliyə uyğun deyil.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz”, – deyə səfirlikdən bildirilib.

Gununsesi.org 

COMMENTS