İtaliya A Seriyası bu tarixdə bərpa oluna bilər

İtaliya A Seriyası bu tarixdə bərpa oluna bilər

İtaliyanın Futbol Federasiyası A Seriyasını bərpa etmək üçün 30 may tarixini nəzərdən keçirir.

Gununsesi.org bildirir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, koronavirusa görə tətbiq edilən karantinin mayın 3-nə qədər uzadıldığı İtaliyada futbol klubları artıq məşqlərə başlamağın planlarını qurur. Bəzi klublar aprelin 27-dən məşqlərə başlamaq üçün müraciət də ediblər.

Komandaların məşqlərə ən geci mayın 4-də başlaması ehtimalına əsasən, federasiya 30-31 may tarixlərində çempionatı bərpa etmək istəyir.

Gununsesi.org

COMMENTS