
Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub.
Gununsesi.info xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
***
09:03
Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Gununsesi.info – nun xəbərinə görə, bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə məlumat verib.
Mərhum rəssamla bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakıda anadan olub. 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Gununsesi.info