
Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini – Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
General-leytenantın yerinə hələ ki təyinat yoxdur.
Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib.