Putin və Mirziyoyev arasında telefon danışığı baş tutub

  • By Günel
  • 19 Dekabr 2024 23:19

Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, özbəkistanlı lider uğurlu mətbuat konfransı münasibətilə Putini təbrik edib.

“Liderlər bütün sahələr üzrə ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəklərini təsdiqləyiblər”, – məlumatda deyilir.

Gununsesi.info